Bütün kəndlərdəki küçələrə ad veriləcək - VİDEO

Bütün kəndlərdəki küçələrə ad veriləcək - VİDEO

3 mindən çox küçə və qəsəbəyə yeni adlar verilib. Kənd və qəsəbələrdəki adsiz küçələrə yeni adlar veriləcək. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi 21 min adsiz küçəyə yeni adların verilməsi üçün icra hakimiyyəti orqanlarına müraciət ünvanlayıb.
 
Bütün kəndlərdəki küçələrə ad veriləcək. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi adı olmayan küçələrin konkret sayını müəyyənləşdirib.
 
Yerli icra hakimiyyəti orqanları isə kənd və qəsəbələrin hər birinin tarixini, orada yaşamış tarixi şəxsiyyətləri və digər məqamları nəzərə alaraq, küçələrə yeni adların verilməsini həyata keçirəcək. Artıq bir sıra kənd və qəsəbələrdə advermə prosesi həyata keçirilib.
 
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirir ki, kənd və qəsəbələrdə küçələrə adların verilməsi vətəndaşların, dövlət qurumlarının, eləcə də turistlərin fəaliyyətini xeyli asanlaşdıracaq.
 
Hazırda komitənin Ünvan Reyestri İnformasiya Sistemində respublika üzrə 6705 küçə adı, 603 min giriş ünvanı və 335 min daxili ünvan məlumatları mövcuddur. (xezerxeber)
 

Google+ WhatsApp ok.ru