''Bütün kasıbları yığıb Xəzər dənizinə atsınlar''

''Bütün kasıbları yığıb Xəzər dənizinə atsınlar''

Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski 138-140 ünvanında yaşayan sakinlər ərazidə olan ağacların kəsilməsinə etiraz edirlər. Onlar etiraz əlaməti olaraq yolu bağlayıblar. Nəticədə sakinlərlə polis arasında qarşıdurma olub.
 
Qarşı tərəfin nümayəndəsi - “Beqnaft” MMC-nin hüquqşünası Ərşad Sərdarov “Report”a bildirib ki, bu qeyri-yaşayış sahəsi ilə bağlı məhkəmə çəkişmələri olub: “Ali Məhkəmə bizim xeyrimizə qərar çıxarıb. Tikintiyə başlamaqla bağlı sənədlərimiz də var.
 
Amma qonşular tikintiyə icazə vermir. Ötən il bu məsələ ilə bağlı məhkəmələr davam etdiyindən işi dayandırmışdıq. İndi isə tikintiyə başlamaq istəyirik”.
 
Nazirliyin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev Azadlıq radiosuna verdiyi açıqlamada bildirib ki, ərazidə araşdırma apardılacaq. O deyib ki, “təqsirkar müəyyənləşdiriləcək və onun barəsində qanunvericiliyə uyğun qaydada tədbir görüləcək” Bundan əlavə o bildirin ki, “Fakt odur ki, ağaclar çıxarılıb, bu artıq inzibati qanun pozuntusudur. Bununla bağlı tədbir görüləcək”
 
Aksiyadan sonra sakinlərin tələbi yerinə yetirilib və yenidən ağacları əkməyə başlayıblar. Ağacların əkilməsinə qadınlar da kömək edib.
 
Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski 138-140 ünvanında yaşayan sakinlər ərazidə olan ağacların kəsilməsinə etiraz edirlər. Onlar etiraz əlaməti olaraq yolu bağlayıblar. Nəticədə sakinlərlə polis arasında qarşıdurma olub.
 
Qarşı tərəfin nümayəndəsi - “Beqnaft” MMC-nin hüquqşünası Ərşad Sərdarov “Report”a bildirib ki, bu qeyri-yaşayış sahəsi ilə bağlı məhkəmə çəkişmələri olub: “Ali Məhkəmə bizim xeyrimizə qərar çıxarıb. Tikintiyə başlamaqla bağlı sənədlərimiz də var.
 
Amma qonşular tikintiyə icazə vermir. Ötən il bu məsələ ilə bağlı məhkəmələr davam etdiyindən işi dayandırmışdıq. İndi isə tikintiyə başlamaq istəyirik”.
 
Nazirliyin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev Azadlıq radiosuna verdiyi açıqlamada bildirib ki, ərazidə araşdırma apardılacaq.O deyib ki, “təqsirkar müəyyənləşdiriləcək və onun barəsində qanunvericiliyə uyğun qaydada tədbir görüləcək” Bundan əlavə o bildirin ki, “Fakt odur ki, ağaclar çıxarılıb, bu artıq inzibati qanun pozuntusudur. Bununla bağlı tədbir görüləcək”
 
Aksiyadan sonra sakinlərin tələbi yerinə yetirilib və yenidən ağacları əkməyə başlayıblar. Ağacların əkilməsinə qadınlar da kömək edib.(meydantv)
 

Google+ WhatsApp ok.ru