Bu kiçik plastin çirkli suyu 20 dəqiqəyə təmizləyəcək

Bu kiçik plastin çirkli suyu 20 dəqiqəyə təmizləyəcək

 
Su – orqanizmimizin ən vacib elementidir. Və insan özünü yaxşı hiss etmək istəyirsə, ancaq təmiz su içməsi vacibdir.
Nature Nanotechnology jurnalına istinadən verilən məlumata görə, Stendford  Universitetinin  alimləri bu barədə düşünərək su üçün ən  kiçik və effektiv filtr ixtira ediblər.
 
Təsəvvür edin, poçt markası boyda olan bu filtr 20 dəqiqəyə suda olan bütün mikrobları 99,99 faiz məhv edir.
 
 
Sirr deyil ki, günəş şüası suyu təmizləyir, çünki ultrabənövşəyi şüalar mikrobları öldürür. Ancaq bu proses 48 saat çəkir. Balaca filtr də günəş enerjisindən istifadə edir, ancaq bunu bir az başqa cür həyata keçirir.
 
Stendford Universitentinin aparıcı mütəxəssisi Çon Lyu (Chong Liu) bunun necə həyata keçirildiyi barədə məlumat verib.
 
Mini filtr ultrabənövşəyi şüaya (10 faiz) nisbətən daha çox günəş şüasını özündə cəmləyən (40 faiz) spektrin görünən  hissəsini istifadə edir.
 
 
Qurğunun  daxilinə disulfid molibdenlə örtülü olan xüsusi plastinlər qoyulur. Günəş sistemi plastinə təsir edir və kimyəvi reaksiyanı başladır. Reaskiya  zamanı suyu təmizləmək üçün kifayət edən, bunun müqabilində insana zərər verməyən hidrogen peroksid və digər dezinfeksiya  maddələri yaranır.
 
Mikroskopda baxarsaq, filtrdə Günəş şüasının düşməsi ilə təmizləmə prosesini işə salan çoxsaylı palstinlərin olduğunu görərik.
 
«Araşdırmamızda əsas məqsəd  - insanların daha yaxşı yaşaması üçün ətraf mühitin çirklənməsinin qarşısını almaqdır», - deyə Lyu bildirir.
 
Ən vacibi isə odur ki, bu plastinlərin  hazırlanması çox ucuz başa gəlir. Bu səbəbdən belə texnologiyanı istifadə etmək hər kəsin imkanı daxilindədir. (faktxeber) /

Google+ WhatsApp ok.ru