Bu ərazilərdə qaz təchizatı məhdudlaşdırılacaq

Bu ərazilərdə qaz təchizatı məhdudlaşdırılacaq

Yanvarın 31-də saat 10:00-dan 17:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Şahağacı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
 
Maide.Az SOCAR-a istinadən xəbər verir ki, təmir işləri aparılan müddətdə Astara rayonunun Kakalos, Siyəkürt, Telman, Pensər və Şahağacı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. /

Google+ WhatsApp ok.ru