Bu ərazidə iki gün internet olmayacaq

Bu ərazidə iki gün internet olmayacaq

Sabahdan etibarən Yasamal rayonu 2-ci Alatava yaşayış massivində telefon kəsiləcək və internet olmayacaq.

 
Maide.Az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Yasamal telefon qovşağından evlərə zəng edərək məlumat verilib.
 
Bildirilib ki, telefon xətləri kəsiləcək, internetin verilməsində fasilə yaranacaq.