Bu cinayətə görə niyə heç kəs məsuliyyətə cəlb olunmur?

“Bakınşaat Group” MMC-dən şikayət edən qadın istintaqdan narazılıq edir
 
femida.az-a müraciət daxil olub.
 
Müraciət fevral ayında baş verən və əks-sədası bütün ölkəyə yayılan hadisə ilə bağlıdır.
 
Belə ki, 20 nömrəli məktəbdə tikinti işləri aparılarkən iki ədəd metal borudan ibarət dirək təhlükəsizlik qaydaları pozulduğuna görə səki ilə gedən iki nəfər qadının üzərinə düşmüşdü.
 
Qeyd edək ki, həmin hadisədə bir nəfər ölmüş, bir nəfər isə ağır xəsarət alaraq yataq xəstəsi olmuşdu. Bizə müraciəti ünvanlayan da həmin yataq xəstəsi olan qadındır. Müraciəti olduğu kimi oxuculara təqdim edirik:
 
“Mən 14 may 1938-ci il tarixdə Şəki şəhərində anadan olmuşam, təqaüdçüyəm, hazırda Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, məhəllə 500, ev 6, mənzil 15-də qeydiyyatdayam və oradayaşayıram. 21 fevral 2016-cı il tarixdə, saat təxminən 16:25 radələrində “Bakınşaat Grouop” MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti və M.Müşfiq küçələrinin kəsişməsində, Parlament küçəsi, 7 ünvanında 20 nömrəli tam orta məktəbin tikinti işləri aparılarkən 4-cü mərtəbənin qəlib konstruksiyalarının altında qurulmuş iki ədəd metal borudan ibarət dirək təhlükəsizlik qaydaları pozulmaqla etibarı şəkildə bərkidilmədiyin görə yerindən çıxıb və borulardan biri Parlament prospektində piyada səkisinə düşərək rəfiqəm Ruhəngiz Teyyubovanın ölümünə və mənim isə ağır xəsarət aldığımdan ömürlük yataq xəstəsinə məhkum olmuşam.

 

 
Hadisə televiziya kanallarında göstərilib. Baş vermiş hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda CM-nin 222.3-cü maddəsi ilə cinayət işi başlanılıb. Lakin cinayət işi formal olaraq açılıb və bu günədək Yasamal Rayon Prokurorluğu heç kim məsuliyyətə cəlb etməyib.
 
Hazırda əməliyyat olunmuşam, ömürlük şikəst olmuşam, yataq xəstəsiyəm. İstintaq orqanı heç kimi məsuliyyətə cəlb etmir, heç kimi tutmur, sanki elə bir adam ölməyib, ağır xəsarət almayıb. Bununla bağlı dəfələrlə müvafiq orqanlara şikayət ərizəsi ilə müraciət etmişəm.
 
Lakin müraciətlərim heç bir nəticə verməyib və bu günədək baş vermiş hadisə ilə bağlı heç kim məsuliyyətə cəlb edilməyib. Məcbur qalıb sizə müraciət edirəm. Xahiş edirəm, baş verən hadisəni ictimailəşdirəsiniz”. 
 

 

 

 

 

Google+ WhatsApp ok.ru