Bu dəfə torpaq oğurladılar

Bu dəfə sizə torpaq satanlardan danışacağıq. Amma, daşınmaz əmlak yox, yük maşını ilə torpaq satanlardan. Belə şəxsləri yüksək məbləğdə cərimə gözləyir. Bağ qazılaraq torpağı daşınıb. Naməlum şəxs və şəxslər bu dəfə torpaq oğurlayıblar.
 
Elşən Nəbiyev Novxanı bağlar massivində yerləşən bağına gələrkən gördüyü mənzərədən təəccüb hissi keçirib. Bağda olan torpaq səhəsindən 1050 kub torpaq qazılaraq oğurlanıb. Belə hallara tez-tez rast gəlinməsə də torpaq satışını gündəmə gətirib. Bakıda əkinə yararlı torpaq satanlar əsasən Binəqədi rayonu Sulutəpə qəsəbəsində Şamaxı yolunun üzərində toplaşırlar.
 
Ancaq çəkilişi görəndə uzaqlaşmağa başladılar. Məlum oldu ki, onlar torpağı müxtəlif bölgələrdən gətirməklə bir maşınını 90-160 manat arasında satırlar. Qısa söhbətdə məlum oldu ki, onlar torpağı rayonlardan özbaşına yığıb gətirirlər.
 
Bəs əkinə yararlı torpağın qazılaraq satılmasına qanun icazə verirmi? İnzibati Xətalar Məcəlləsinə uyğun fizik şəxslər 100- 600 - vəzifəli şəxslər 2000-3000, hüquqi şəxslər isə 6000-8000 manat arası məbləğdə cərimə olunurlar. xezerxeber /
 

Google+ WhatsApp ok.ru