Bu dəfə Ziya Məmmədovun villası tanınmış bloggerin “radarına” düşdü

Bu dəfə Ziya Məmmədovun villası tanınmış bloggerin “radarına” düşdü

Azərbaycanda baş verən neqativlikləri və məmur özbaşınalığını kameranın yaddaşına köçürərək internet vasitəsi ilə xalqa təqdim edən tanınmış blogger Mehman Hüseynov bu dəfə Nazirlərin yaşadıqları möhtəşəm villalardan reportaj hazırlayıb.
 
Maide.Az məlumat verir ki, blogger bir çox nazirlərin və dövlət məmurlarının yaşadıqları əraziyə gedərək, onların saraylarını çəkib və özünə məxsus “Sancaq” səhifəsində paylaşıb. Mehman Hüseynov nəqliyyat naziri Ziya Məmmədovun yaşadığı villanı xüsusi çəkərək xalqa təqdim edib və videonun altından bu sözləri yazıb: “Azərbaycan məmurlarının yaşadığı əraziyə baxın. Özlərinə cənnət adası təşkil ediblər... Və bu cənnəti xalqdan oğurlanmış pullar hesabına qurublar. Dəhşətlidir! Şəhid ailəsinə 100 manat vermək belə istəmirlər, müəllimlərə deyirlər ki 200 manata dolana bilmirsinizsə, işdən sonra gedib fəhləlik edin..... Bunların acgözlüyünə fikir verin! Məmurun aldığı 1200 manat maaşa belə villalar tikmək olar? Yox! Bunların xəbəri varmı ki, vətən uğrunda şəhid olan əsgərlərin ailələri şəraitsiz 1 otaqlı uçmaq üzrə olan evlərdə, vaqonlarda yaşayırlar?!“
 
Tanınmış blogger hər dəfə yağışdan sonra Bakıda bütün körpülərin, yolların hansı səbəbdən suyun altında qaldığına da aydınlıq gətirib: “Cavabı çox sadədir, çünki bu nazir vaxtı ilə büdcədən pulları oğurlayıb özünə analoqu olmayan saraylar tikdirib, maşınlar alıb. Camaatın başını qatmaq üçün də saxta körpülər və yollar tikib”.
 
Qeyd edək ki, nazirin təhlükəsizlik xidmətinin işçiləri bloggeri tutub lentə alınan kadrları silməyə cəhd göstərsələr də, bu mümkün olmayıb. (İslaminSesi) /
 

Google+ WhatsApp ok.ru