Buğda idxalı artır, qiyməti bahalaşır

Buğda idxalı artır, qiyməti bahalaşır

"Marja.az"da "Azərbaycanın buğdada idxaldan asılılığı artır, idxal bahalaşır" sərlövəhli məqalə diqqət çəkir.
 
Müəllif rəsmi statistik göstəricilərə istinadən Azərbaycanın buğda idxalından asılılığını dəyərləndirir.
 
Yazı müəllifinin dediyinə görə, həm də buğda idxalından asılılıq daha da dərinləşir.
 
Müəllifə görə, məsələ bununla da bitmir, eyni zamanda, xaricdən alınan buğdanın qiyməti də bahalaşıb.
 
"2019-cu ilin 7 ayı ərzində xaricdən Azərbaycana 145 milyon 789 min dollar dəyərində 653 min 228 ton buğda idxal olunub. Buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 37,4%, miqdar ifadəsində isə 9,1% artıb".
 
Müəllif bu rəqəmi Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən bildirir.
 
Müqayisə apara bilmək üçün müəllif deyir ki, 2018-ci ilin 7 ayı ərzində xaricdən Azərbaycana 106 milyon 45 min dollar dəyərində 598 min 424 min ton buğda idxal edilmişdi.
 
Müəllifin sözlərinə görə, buğda idxalının dəyər ifadəsində miqdar ifadəsindən daha sürətli artması bu məhsulun bahalaşdığına işarədir.
 
Məqalədə vurğulanır ki, ötən ilin 7 ayında orta hesabla 1 ton buğdanın idxalına 177 dollar xərlənmişdisə, bu ilin 7 ayında 223 dollar xərclənib (buğda idxalı 26% bahalaşıb).
 

Google+ WhatsApp ok.ru