Buğda istehsalı 312,3 min ton azalıb

Buğda istehsalı 312,3 min ton azalıb

Dövlət Statistika Komitəsi taxıl yığımının gedişi ilə bağlı məlumat yayıb.
 
Hesabatda qeyd olunur ki, “operativ məlumatlara görə, 10 avqust 2020-ci il tarixinə taxıl üçün planlaşdırılan qışlıq və yazlıq dənli və paxlalı (qarğıdalı) bitkilər əkilmiş 968.1 min hektar ərazinin 944.4 min hektarından və ya 97,6%-dən məhsul toplanıb".
 
Bu məlumatlar kənd təsərrüfatı naziri İnam Kərimovun açıqlamasına ziddir.
 
2020-ci ilin birinci rübünün nəticələrinə həsr olunmuş aprel iclasında o deyib ki, bu il 1 milyon 10 min hektar sahədə buğda və arpa əkilib. /turan

Google+ WhatsApp ok.ru