Buğda çox, keyfiyyəti isə yox....

Buğda çox, keyfiyyəti isə yox....

“Novoye Vremya” qəzetində diqqəti “Buğda istehsalı: problem təkcə kəmiyyətdə yox, həm də keyfiyyətdədir” səlrövhəli məqalə cəlb edir.
 
Müəllif ölkədə buğda istehsalı və ölkəyə buğda idxalı məsələlərini araşdırır və deyir ki, istənilən ölkənin ərzaq təhlükəsizliyində buğda təminatı ilk sırada dayanır: “Azərbaycan üçün bu ciddi problemdir, çünki, bu illər ərzində buğda istehsalı artsa da, ölkə ərzaq buğdası idxal etməkdədir və məsələ təkcə kəmiyyətdə deyil, həm də onun keyfiyyətindədir”.
 
Yazıda rəsmi şəxslərə istinadla ölkə fermerlərinin aşağı keyfiyyətli buğda istehsal etdikləri deyilir, buna səbəb kimi istehsalçıların ya təcrübələrinin olmaması, ya da bu məsələyə ciddi əhəmiyyət verməmələri göstərilir.
 
Müəllif vurğulayır ki, keçən il 1,854 milyon ton buğda istehsal edilib və bunun ancaq 100 min tonu qida üçün yararlı olub.
 
Yazıda deyilir ki, hər insanın ildə 180 kiloqram buğdaya tələbatı var və bu indiki halda Azərbaycan əhalisi üçün bu 1,7-1,8 milyon ton deməkdir ki, ölkədə istehsalı arzu ediləndir.
 
Ancaq müllif bu tələbin əksər hissəsinin idxal hesabına ödənildiyni vuurğulayır:“Keçən il 2015-ci illə müqayisədə idxal 18,2% artıb. Halbuki dövət proqramına əsasən 2015-ci ildən buğda idxalından imtina olunmalı idi”.
 
Müəllif hesab edir ki, buğda idxalından imtina etmək üçün məhsuldarlığın və istehsal həcminin yox, həm də buğdanın keyfiyyətinin artması zəruridir, hələlik bu yoxdur, görülən tədbirlər səmərəsiz olub, keyfiyyətli məhsul olmadan ərzaq təhlükəsizilyindən danışmaqsa sadəcə mənasızdır. /

Google+ WhatsApp ok.ru