Bu gülü qoparan 14 min dollar cərimə ödəyəcək

Təbiətin qorunması üçün atılan addımlar çərçivəsində əsas diqqət maddi cəzaya yönəldilir.
Maide.az “Posta” qəzetinə istinadən xəbər verir ki, Türkiyənin Meşə və Su Təsərrüfatı Nazirliyi Bolu bölgəsində Abant ve Gölcük təbiət qoruğundakı göllərdə yetişən nilüfərlərin qorunması üçün tədbirlər sərtləşdirilib.
Nazirlik həmin gülləri qoparanların 38 751 lirə (14 min dollar) məbləğində cərimələnməsinə dair qərar qəbul edib.
Qurum qeyd olunan qoruqların ziyarətçilərinə bu barədə xəbərdarlıq edildiyini bildirib./

Google+ WhatsApp ok.ru