Bu gün Azərbaycanda seçki var

Bu gün Azərbaycanda seçki var

Bu gün-iyunun 18-i Azərbaycanda 90 saylı Ağdaş seçki dairəsinə təkrar seçkilər keçiriləcək.
 
Maide.Az xəbər verir ki, qeyd olunan dairə üzrə 7 namizəd qeydə alınıb. Seçkilərə saat 8:00-da start veriləcək. Təkrar seçkiləri AŞPA-nın 5 müşahidəçisi izləyəcək.
 
Namizədlər Yeni Azərbaycan Partiyasından Cavid Osmanov, bitərəflər Əli Haqverdiyev, Anar İbrahimli, Rəşid Gözəlov, Rəşad Abdullayev, Elmir Gözəlov və Ümid Partiyasının sədri İqbal Ağazadədir.
 
Qeyd edək ki, bu dairədə seçkinin nəticələrinin ləğv edilməsindən sonra  Prezidentin 12 aprel 2016-cı il tarixli sərəncamı ilə 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər 2016-cı il iyunun 18-ə təyin edilib.
 

Google+ WhatsApp ok.ru