Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək 27 Noyabr 2016 02:00 Ölkə Turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək. Turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Açılış oyunu Gəncədə olacaq. "Kəpəz" paytaxtın "Neftçi" klubunu qəbul edəcək. Komandalar turnir cədvəlində qonşu pillələrdə yer alıb. Meydan sahibləri 3 xal qazanarsa, 4-cü pilləyə qədər yüksələ bilər. "Neftçi" isə səfərdən 3 xal alarsa, yalnız bir pillə irəliləyərək "Kəpəz"i qabaqlaya bilər. Komandalar bu günədək ölkə çempionatlarında 44 oyun keçirib. Bu görüşlərin 21-i "Neftçi"nin, 16-sı isə "Kəpəz"in qələbəsi ilə yekunlaşıb. Yeddi oyunda isə qalib müəyyənləşməyib. "Neftçi" 4 oyundur meydanı qolsuz tərk etmir və ardıcıl 3 matçda 2 qol vurub. Son 8 ev oyununda qələbə qazanmayan "Kəpəz" sonuncu dəfə 14 il əvvəl qonaqlara xal verməyib. Günün son oyununda isə Premyer Liqanın autsayderi AZAL "Sumqayıt"ı qəbul edəcək. "Gənclik şəhəri" təmsilçisi qələbə sayəsində 4-cü pilləyə qədər irəliləmək şansı qazanacaqsa, "təyyarəçilər" analoji halda yalnız xal ehtiyatını artırmış olacaq. Cütlük 21 dəfə bir-birinə qarşı mübarizə aparıb. Səkkiz oyunda AZAL, 4 oyunda isə "Sumqayıt" aktivinə 3 xal yazdırıb. Doqquz oyun isə heç-heçə başa çatıb. Səkkiz oyundur qonaq komanda qələbə qazana bilmir. AZAL son 9 matçda cəmi 1 dəfə uduzub. Azərbaycan Premyer Liqası, XIII tur 27 noyabr 14:00. "Kəpəz" - "Neftçi" Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Knyaz Əmiraslanov Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov AFFA nümayəndəsi: Elbrus Abbasov Hakim-inspektor: Xaqani Məmmədov Gəncə şəhər stadionu 16:00. AZAL - "Sumqayıt" Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Nahid Əliyev Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov AFFA nümayəndəsi: Vaqif Davudov Hakim-inspektor: Vüsal Əliyev "AZAL Arena" Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. (report) / Teqlər : #Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah hava dumanlı, küləkli olacaq Xəzəryanı dövlətlər əməkdaşlıq haqqında yeni protokol imzalayıb