Bu gündən V qrupa sənəd verənlər üçün ixtisas seçiminə başlanılır

Bu gündən V qrupa sənəd verənlər üçün ixtisas seçiminə başlanılır

Bu gündən ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün ixtisas seçiminə başlanılır.
 
Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, seçim avqustun 10-dək aparılacaq.
 
Qeyd olunan abituriyentlər avqustun 5-dən etibarən elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiq edə bilərlər.
 
I, II, III, IV ixtisas qruplarından hər hansı biri və V ixtisas qrupu üzrə DİM-in müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər iki qrupun ixtisaslarını seçə bilərlər.
 

Google+ WhatsApp ok.ru