Bu günlər Fransa müsəlmanları üçün çətin dövrdür

 
Parisdəki terror aktlarından sonra onlara qarşı olan ağır və soyuq baxışlar əvvəlkinə nisbətən daha da artıb.
 
Maide.az xəbər verir ki, silahkl polis qüvvələri güllə keçirməyən gödəkcələrlə camaat namazları vaxtı Paris şəhər böyük məscidinin ətraf küçələrini mühasirəyə alır və namaz qılanları soyuq və yağışlı havada təftiş edirlər.
 
Avtomat silahlı əsgərlər də məscidə gedən küçələrdə keşik çəkirlər.
 
Bəzi müsəlmanlar bunlardan əlavə, əlavə təzyiqlərlə üzləşirlər, çünki özlərini müdafiə etmək və İslamın radikal fanatiklərlə heç bir əlaqəsi olmadığını vurğulamaq məcburiyyətində qaldıqlarını hiss edirlər.
 
Onlar, bəzi qeyri-müsəlmanların İŞİD-lə müsəlmanlar arasında olan fərqi anlamamaqdan narahatdırlar.
 
Hicablarına görə dərhal tanına bilən müsəlman qadınlar isə onlara qarşı təhqir və ya hücum olmasa belə, insanların şübhəli baxışlarına tuş gəlirlər.
 
Bu günlər Fransa müsəlmanları üçün çətin dövr kimi yadda qalır. Halbuki, Parisdəki son hücumlarda bir neçə müsəlman da həlak olub və ya yaralanıb və Paris, eləcədə dünya müsəlmanları bu hadisələrin ardınca digər insanlar kimi eyni narahatlıq və qəzəb hissi daşıyırdılar. /
 

Google+ WhatsApp ok.ru