Bu gün Masazırda işıq olmayacaq

Bu gün Masazırda işıq olmayacaq

Bu gün saat 13.30-dan 15.30-dək Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
 
Maide.Az bildirir ki, bu barədə “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
 
T.Mustafayevin sözlərinə görə, fasilə 110/10 kVt-luq Əliağa Vahid yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədardır.
 
Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.

Google+ WhatsApp ok.ru