Bu gün Mövsüm Səmədovun doğum günüdür

AİP lideri 1965-ci il, sentyabr ayının 4-də Quba şəhərində anadan olub. Doktor Səmədov Qubanın 3 saylı orta məktəbinin məzunudur. 1983-cü ildə M.Səmədov Azərbaycan Tibb Universitetinin “Müalicə profilaktika” fakültəsinə qəbul olub və 1990-cı ildə “Terapevt” dərəcəsi ilə universiteti bitirib. Bundan sonra isə bir il ərzində əsgərliyə getmiş və “zabit-leytenant” dərəcəsi almışdır. Universiteti bitirdikdən sonra, Mövsüm Səmədov 2 il müddətində Qusar rayonunun Digah kəndində Ambulatoriyanın baş həkimi vəzifəsində çalışmışdır”.
 
1990-cı illərdə M. Səmədov ölkədə baş verən siyas hadisələrdə yaxından iştirak etmiş və Azərbaycan Xalq Cəbhəsinin fəal üzvlərindən olmuşdur. O, 90-ci ildən AXC-yə üzv olub və siyasi fəaliyyətə elə buradan başlayıb. Hacı Mövsümün 20 yanvar hadisələrindən sonra, İslam dininə olan meyli artır və Azərbaycan İslam Partiyasına (AİP) üzv olur”. 1995-ci ildə M.Səmədov dini təhsil almaq üçün İranın Qum şəhərinə gedir və orada Qum Elmi Mərkəzinə qəbul olur. Təqribən 6 il müddətində təhsil alır. 2002-ci ilin fevral ayında öz vətəninə qayıdır. 2007-ci ildə Mövsüm Səmədov AİP-in sədri seçilib və hazırda partiyanın sədri vəzifəsində çalışır.
 
Qeyd edək ki, Mövsüm Səmədov 2011-ci il yanvar ayının 2-də partiyanın baş məclisində Azərbaycan hakimiyyətinin ünvanına tənqidi çıxışdan 5 gün sonra yanvar 7-də həbs edilib. Həmin dövrdə AİP lideri haqqında yanvarın 20-də həbs qətimkan tədbiri seçilib. Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovu 12 il azadlıqdan məhrim edilib. 

Google+ WhatsApp ok.ru