Bu gün üç rayonda su olmayacaq

Bu gün üç rayonda su olmayacaq

Bu gün üç rayonda içməli suyun verilməsində məhdudiyyət yaranacaq.
 
Maide.İnfo xəbər verir ki, “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, magistral kəmərlərdə təmir-bərpa və yenidənqurma işlərinin aparılması ilə əlaqədar sentyabrın 25-də gün ərzində Bakı şəhəri Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə, eləcə də Abşeron rayonu Masazır qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir. /

Google+ WhatsApp ok.ru