Bu gün Xanım Zeynəbin (s.ə) mövlud günüdür 24 Fevral 2015 02:00 İslam tarixi və məsumların davranışı Bu gün İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərinin dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı Xanım Zeynəbin (ə) mövlud günüdür. Maide.az-ın məlumatına görə, hicrətin 6-cı ilində, cəmadiül-əvvəlin ayının 5-də Mədinə şəhərində Peyğəmbər ailəsində, İmam Əli (ə) və Peyğəmbərin can parəsi olan Xanım Fatimeyi Zəhranın evində bir qız uşağı dünyaya gəlir. Peyğəmbər yeni doğulmuş körpənin adını Cəbrayıl (ə) nazil olub xəbər gətirəndən sonra Zeynəb qoyur. Zeynəb atanın ziynəti deməkdir. Həzrət Zeynəb beş ilə qədər Peyğəmbərlə (s) bir yerdə yaşamışdır. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur. Xanım Zeynəb çox dözümlü, güclü, səbirli olub. Kərbəla həqiqətlərinin dünyaya çatdıran da məhs Xanım Zeynəb olmuşdur. Bu gözəl gün münasibəti ilə bütün möminləri və xüsusən də xanımları təbrik edirik. Teqlər : #Bu gün Xanım Zeynəbin (s.ə) mövlud günüdür, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru HƏZRƏT MƏSUMƏNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ Ayətullah Cavadi Amulinin dilindən Həzrət Fatimənin (s.ə) şəhadəti