Bu il Azərbaycanda 53,4 min nikah və 8 min boşanma qeydə alınıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən ölkə üzrə 53,4 min nikah və 8,0 min boşanma halları qeydə alınıb. 

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhalinin hər 1 000 nəfərinə hesabı ilə bu göstərici müvafiq olaraq 8,5 və 1,3 təşkil edib. 

Bu ilin yanvar-avqust aylarında Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1 299 nəfər gələn və 575 nəfər ölkədən gedən qeydə alınıb./

 

Google+ WhatsApp ok.ru