Bu il Azərbaycanda 306 nəfər İİV-ə yoluxub 23 İyul 2018 01:00 Ölkə Bu ilin 6 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 306 nəfər olub. Bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təqdim etdiyi 2018-ci ilin 6 ayı ərzində ölkədə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumatda əksini tapıb. Onlardan 298-i (97,4%) Azərbaycan vətəndaşı, 8-i (2,6%) isə əcnəbilərdir. Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 1 iyul 2018-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 7061 nəfər qeydiyyata götürülüb ki, onlardan 6833-ü (96,8%) Azərbaycan vətəndaşı, 228-i (3,2%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 5137-i (72,7%) kişi, 1924-ü (27,3%) qadındır. İİV-ə yoluxması təsdiq olunmuş 7061 nəfərdən 3103-də (43,9%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi (İNİ) nəticəsində baş verib. Onlardan 2250 (72,5%) nəfər dispanser qeydiyyatındadır. 1 iyul 2018-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4568 nəfər təşkil edib ki, onların da 1853 nəfəri İNİ olub. Cari ilin 6 ay ərzində isə ART-yə cəlb olunan 360 pasiyentdən 48 nəfərində İNİ aşkar edilib.(faktxeber) Teqlər : #Bu il Azərbaycanda 306 nəfər İİVə yoluxub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabaha olan hava proqnozu açıqlanıb Sabaha olan hava proqnozu açıqlanıb: Külək güclənəcək, arabir yağış yağacaq