Bu il dünyada 144 jurnalist ölüb - Son 10 ilin rekordu

Bu il dünyada 144 jurnalist ölüb - Son 10 ilin rekordu

Bu il dünyada jurnalist ölümü son 10 ilin rekordunu təzələyib. 

Bu barədə “Press Emblem Campaign” qeyri-hökumət təşkilatının ilin yekununa dair məruzəsində yer verilib. Qurumun məlumatına görə, 2016-ci ilin əvvəlindən bugünədək 31 ölkədə 144 jurnalist həlak olub. Bu rəqəmlər son 10 ildə rekord hesab edilir. Təşkilatın araşdırmalarına əsasən, bu il ərzində İraqda 16 mətbuat işçisi həlak olub. İraqdan sonra isə beşliyi Suriya (14), Yəmən (9), Əfqanıstan (12) və Meksika (12) tamamlayır.
 
O da qeyd edilir ki, göstərilən ümumi rəqəmin (144) içərisinə noyabrda Braziliyadakı təyyarə qəzasında ölən 20 jurnalist də daxildir. (qafqazinfo) /

Google+ WhatsApp ok.ru