Bu ilin 10 ayında qeydə alınan ölüm hallarının sayı açıqlanıb

Bu ilin 10 ayında qeydə alınan ölüm hallarının sayı açıqlanıb

10,7 min boşanma halları qeydə alınıb
 
Bu ilin ilk 10 ayı ərzində ölkə üzrə 46,5 min ölüm halı qeydə alınıb.
 
Maide.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölüm səviyyəsi hər 1000 nəfər əhaliyə 5,8 olub.
 
Bundan başqa, qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində 56,2 min nikah və 10,7 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 7, boşanmaların sayı isə 1,3 olub.
 
Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana daimi yaşamaq üçün 2948 nəfər gələn və 1589 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1359 nəfər təşkil edib. /

Google+ WhatsApp ok.ru