Bu il qanunsuz ov edən 65 nəfər saxlanılıb

Bu il qanunsuz ov edən 65 nəfər saxlanılıb

Bu ilin üç ayı (yanvar, fevral, mart) ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aidiyyəti qurumları tərəfindən keçirilmiş reydlər zamanı qanunsuz ov edən 65 yerli vətəndaş saxlanılıb. ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev APA-ya bildirib ki, həmin şəxslərdən 61 ov tüfəngi, 147 patron, 15 qanunsuz ovlanmış heyvan götürülüb.
 
Onun sözlərinə görə, qanunu pozan 56 nəfər inzibati qaydada 56 200 manat məbləğində cərimə edilib: “Qanunsuz ovlanmış heyvanlara görə isə 1936 manat məbləğində ziyan tətbiq olunub”.
 
Sektor müdiri qeyd edib ki, sənəd təqdim etməyən yerdə qalan şəxslər barəsində tədbir görülməsi üçün aidiyyəti rayon polis şöbələrinə müraciət olunub: “Şəxsiyyətləri müəyyənləşdirildikdən sonra həmin şəxslər də qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb olunacaq”. /

Google+ WhatsApp ok.ru