Bu kənddə hər evdə velosiped var -VİDEO

Bu kəndin sakinlərinin hər birinin evində velosiped var. Onlar bütün işlərinin rahat həyata keçirmək üçün ondan istifadə edirlər. Söhbət Yevlax rayonunun Salahlı kəndinədn gedir.
 
Qiymətinin ucuzluğu, rahatlığı və ən əsası yanacağa ehtiyacının olmaması onun belə geniş yayılmasının başlıca səbəbidir.Yevlax rayonunun Salahlı kəndində demək olar hər evdə velosiped var.
 
Kənd sakinlərin sözlərinə görə onlar bu nəqliyyat vasitəsindən nəyinki minik vasitəsi kimi, həm də idman növü kimi istifadə edirlər. Elə kənd baytarı olan Cavanşir Xəlilov da işə velosipedlə gedir. Hətta qaydalara da düzgün riayət etd,yinidə deyir.
 
Kənd bələdiyyə sədri Barat Məmmədəliyev iddia edir ki, Salahlı velosipeddən istifadə edənlərin sayına görə rayonun digər kəndləri arasında 1-ci yerdədir.Əvvəllər kənddə 40-50 ədəd velosiped olardısa, indi bu rəqəm təxminən 400-ə yaxındır. xezerxeber /

Google+ WhatsApp ok.ru