Bu küçələrdə rənglənmə işləri aparılacaq

Bu küçələrdə rənglənmə işləri aparılacaq

Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
 
Müvafiq işlər bu axşam saat 22:00-dan etibarən Nərimanov rayonu, Ağa Neymətulla küşəsində, Səbail rayonunun isə Azərbaycan prospekti və Şıxəli Qurbanov küçəsində davam etdiriləcək. 
 
Maide.İnfo xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC-dən məlumat verilib.
 
"İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub. "Azəravtoyol” sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir", - məlumatda əlavə edilib. /

Google+ WhatsApp ok.ru