Bu ölkədə sürücü qaydanı pozarsa, ölüxanada işləməlidir

Tayland hökumətinin  təsdiq etdiyi yeni qanuna əsasən, içkili və bir neçə dəfə yol hərəkət qaydalarını pozan şəxslər ölüxanalarda işləməyə göndəriləcək.
Maide.az xəbər verir ki,Tayland hökuməti ötən həftə  bu ölkədə yeni il tətillərində yol hərəkəti qaydalarının pozmasının artması və qəzaları azaltmaq məqsədi ilə yeni qanun qəbul edib. Yeni qanuna görə, içkili və bir neçə dəfə qanunu pozan sürücülər  işləmək üçün ölüxanalara göndəriləcək. Bu qanun  motorsiklet sürücülərinə də şamil olunacaq. 
Hökumət bu qanunu qəbul etməkdən məqsədini  sürücülərin  tərbiyələndirilməsi olduğunu bildirib. “Onlar öz göləri ilə görsünlər ki, ehtiyatsızlıq etsələr sonları ölüxana olacaq.  Qaydaları pozan və içkili sürücülər  ölülərin daşınması və cəsədlərin təmizlənməsi işini görəcəklər.", Səhiyyə Nazirliyinin açılqamasında bildirilir. 
Tayldan yol qəzalarına görə,dünyada ikinci yeri tutur. 
Tayland yeni ilinin 7 günlük tətilləri zamanı  sürücülərin çoxu içkili olduğu üçün, ekspertlər bu ölkədə hər saatda iki nfəərin yol qəzalarında öləcəyini proqnozlaşdırırlar. /
 
 

Google+ WhatsApp ok.ru