Bu ölkədə gediş haqqı plastik qablarla ödəniləcək 05 Noyabr 2018 10:48 Maraq dünyası İndoneziyanın ikinci ən böyük şəhəri Surabayada plastik tullantılarla mübarizənin yeni üsulu tapılıb. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, sakinlər plastik qabları təhvil verməklə şəhər avtobuslarında ödənişsiz hərəkət edə biləcəklər. Qeyd olunur ki, sərnişin plastik stəkan və ya butulkanı terminala salmaqla gediş haqqı əldə edir. 10 plastik stəkan və ya 5 plastik butulka ikisaatlıq ödənişsiz gediş hüququ verir. Şəhər rəhbərliyinin fikrincə, bu proqram 2020-ci ilədək şəhəri plastik tullantılardan təmizləməyə imkan verəcək. Teqlər : #ölkədə,#gediş,#haqqı,#plastik,#qablarla,#ödəniləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tacikistanda plov festivalı keçirilib Zəhlətökən reklamlardan bezənlər üçün xoş xəbər