Bu məsciddə 104 il sonra azan səsi yüksəldi

Bu məsciddə 104 il sonra azan səsi yüksəldi

Heydər Qazi məscidi 104 il sonra ibadətə üçün açılıb.
 
Maide.Az "dunyabulteni"-nə istinadən xəbər verir ki, Makedoniyanın cənub-qərbində olan və Osmanlı dövründə mərkəzi bir mövqeyə sahib Monastır şəhərindəki Heydər Qazi məscidi, qədimi ehtişamına qovuşub. 
 
104 ildir bağlı olan və yerli xalq tərəfindən "Balkanların Şahzadəsi" kimi xarakterizə edilən məsciddə bərpadan sonra dünən cümə namazıyla birlikdə yenidən azan səsləri yüksəlib. 
 
Vəqflər İdarəsi 1561-1562-ci illərdə Qanuni Sultan Süleyman dövründə Makedoniyanın Monastır şəhərində Qazi Heydər Əfəndi tərəfindən tikilən Heydər Qazi məscidini yenidən istifadəyə vermək üçün 2015-ci ildən sonra apardığı bərpa işlərini başa çatdırıb. Məscid dünəndən etibarən artıq istifadəyə verilib.
 

Google+ WhatsApp ok.ru