Bu prospekt 4 gün bağlı olacaq 10 Dekabr 2014 02:00 Xəbərlər Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata görə, dekabrın 10-dan 11-nə keçən gecə saat 00:00-dan etibarən Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən Böyük Şor yol qovşağına qədər olan hissəsində tikinti işləri ilə əlaqədar 4 gün müddətinə nəqliyyatın hərəkəti dayandırılacaq. Prospektin Böyük Şor yol qovşağından 20 Yanvar dairəsi və Qələbə kinoteatrı qarşısındakı dairə istiqamətinə olan hissəsi isə nəqliyyatın hərəkəti üçün tam açıq olacaq. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Teqlər : #Bu prospekt 4 gün bağlı olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılacağına ümid edirəm” Bosniyada yeni kütləvi məzarlıq tapıldı