Bu rayonlar qazsız qaldı

Bakının Qaradağ və Sabunçu rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
“Azəriqaz” İB-dən verilən məlumata görə, qaz kəməri üzərində diametri 159 mm-lik siyirtmənin quraşdırılması və qaz xətlərinin yerinin dəyişdirildiyi üçün həmin xətlərə birləşmə verilməsi ilə əlaqədar bu gün saat 10:00-dan 18:00-dək Qaradağ rayonunun Sahil qəsəbəsinin bir hissəsinə, Sabunçu rayonunun Maştağa və Bilgəh qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq. 

Google+ WhatsApp ok.ru