Bu rayonun qaz təchizatı məhdudlaşdırılır

Bu rayonun qaz təchizatı məhdudlaşdırılır

Sabah SOCAR-ın "Qaz İxrac" İdarəsinin magistral qaz kəmərləri sahələrində carı təmir işləri aparılacaq.
 
Maide.Az "Azəriqaz" İstehsalat Birliyinə istinadən məlumat verir ki, martın 1-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin balansında olan "Kürdmaşı" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
 
Təmir müddətində İsmayıllı rayonunun Kürdmaşı, Hacıhətəmli, Aşıqbayramlı, Mollaisaqlı, Qarakolluq və Hafizli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. /

Google+ WhatsApp ok.ru