Bu tələbələrə dərslik əvəzinə müavinət veriləcək 23 Dekabr 2017 02:00 Ölkə -- təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları... Nazirlər Kabineti «Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında» qərarında dəyişikliklər edib. Maide.Az report-a istinadən xəbər verir ki, dəyişikliyə görə, valideynlərini itirmiş və valideyn «himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə dövlət ali və orta ixtisas təhsili müəssisələri ilə yanaşı AMEA-da da təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması təhsil aldığı müəssisənin vəsaiti hesabına təmin ediləcək və yaxud həmin dərslik və dərs ləvazimatları əvəzinə 36 manat müavinət veriləcək. Eyni zamanda onlara imtiyazların şamil edildiyi «orta, orta peşə- ixtisas və ali peşə-ixtisas təhsil müəssisələri» sözləri «ümumi təhsil, orta iхtisas təhsili, ali təhsil müəssisələri və AMEA» sözləri ilə əvəz edilib. Həmçinin onlar müvafiq tədris müəssisəsinin xərclər smetası hesabına 27,5 manat məbləğində mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunacaqlar. Teqlər : #Bu tələbələrə dərslik əvəzinə müavinət veriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yaşa görə əmək pensiyası nə qədər təyin ediləcək? Bu il Azərbaycanda körpələrə ən çox qoyulan adlar açıqlanıb - SİYAHI