Bu universitetin 75 müəllimi rüşvətə görə həbs olundu

Türkiyənin Akdəniz Universitetində keçirilən antikorrupsiya əməliyyatı nəticəsində ali təhsil müəssisəsinin 75 əməkdaşı həbs edilib.
 
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, tutulanlardan 20-si qadındır.
 
Universitetdə 2013-cü ildə rüşvətxorluğa görə cinayət işi başlanıb. Həbs edilənlər cəmiyyətə 3 milyon türk lirəsi (1,5 milyon manat) maddi ziyan vurmaqda şübhəli bilinirlər.
 
Akdəniz Universitetinin rektorluğu həbsləri təsdiləyən açıqlama yayıb: "Mayın 31-də Antalya Təhlükəsizlik İdarəsi bəzi əməkdaşlarımızın yaşadıqları evlərdə axtarış aparıb. Onları ifadələrini almaq üçün Təhlükəsizlik İdarəsinə aparıblar. Rektorluğumuz məsələni yaxından izləyir". 
 

Google+ WhatsApp ok.ru