Bu yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır

Bu yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır

Martın 30-da axşam saat 22:00-dan səhər saatlarınadək Neftçilər prospektinin Əziz Əliyev küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməyədək olan hissəsində yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
 
"Azəravtoyol" ASC-dən Maide.Az-a verilən məlumata görə, bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.
 
"Azəravtoyol" ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.  /

Google+ WhatsApp ok.ru