Bu yollarda rəngləmə işləri aparılacaq 27 Aprel 2017 01:00 Ölkə "Azəravtoyol" ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. Maide.Az xəbər verir ki, "Azəravtoyol" ASC-dən verilən məlumata görə, müvafiq işlər bu axşam saat 22:00-dan etibarən Nərimanov rayonu, Ağa Neymətulla küçəsində, Səbail rayonunun isə Azərbaycan prospekti və Şıxəli Qurbanov küçəsində aparılacaq. İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub. "Azəravtoyol" ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir. / Teqlər : #Bu yollarda rəngləmə işləri aparılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Lerikdə çay dibini niyə qazırlar? Azərbaycan media azadlığı `ən pis` olan 10 ölkədən biridir