Buz dövründə yaşamış iki körpəyə aid qalıqlar tapılıb

Buz dövründə yaşamış iki körpəyə aid qalıqlar tapılıb

Maide.az xəbər verir ki, Şimali Amerikanın Alyaska bölgəsində aparılan bir qazıntıda Buz Dövründə yaşamış iki körpəyə aid qalıqlar tapılıb. 11 min 500 illik yaşı olduğu təsbit edilən körpə qalıqlarının maraqlı tərəfi, o dövrə aid ən az köhnəlmiş qalıqlar olmasındadır. "Buz Körpə" adı verilən qalıqlar, "Upwards Sun River" adlı bir sahədə ortaya çıxan bu qalıqlar, uzun müddətdir ki, qazıntı bölgəsi olaraq istifadə edilirdi və artıq o ərazinin tərk edilməsi düşünülən bir vaxtda "Upwards Sun River" bu tapıntı ilə birgə dünyanın ən əhəmiyyətli qazıntı sahələrindən bir oldu.
 
Qeyd  edək ki, qazıntı sahəsindəki ən son tapılan qalıq 2010-ci ildə reallaşarkən, ən son olan buz körpələrin təbiət şəraitində olduqca yaxşı qorunduğu və çox əhəmiyyətli məlumatların əldə edildiyi ifadə edildi. 11 min 500 il əvvələ aid olan buz körpələrin bir dənəsinin ölü doğulduğu, digərinin isə doğumdan qısa bir müddət sonra öldüyü ortaya çıxan ilk nəticələrdən biri oldu. 2010-ci ildə olan qalıqlarla dərhal dərhal eyni zamanda öldüyü düşünülən bu körpələrin bir təbii fəlakət və ya hava şəraitinin təsirindən ölmüş olma ehtimalı verilir.
 
Həmin bölgədə edilən araşdırmaların daha da sürətləndirilməsi, buz körpələrin basdırılmış olduğu yerdə daş, mizraq və oxların tapılması da bölgədə yaşayan cəmiyyətin ölüm ritualları (mərasimləri) mövzusunda məlumat sahibi olunmasına köməkçi oldu.

Google+ WhatsApp ok.ru