Böyük pullar Azərbaycandan çıxarılır

Böyük pullar Azərbaycandan çıxarılır

“Bu gün Azərbaycanda bank sisteminin çökməsinə səbəb olan əsas amillərdən biri budur ki, Mərkəzi Bankın banklar üzərində nəzarət mexanizmi sıfra bərabərdir”.
 
Bu barədə İstiPress-ə müsahibə verən hüquqşunas Əkrəm Həsənovun sözlərinə görə, bu səbəbdəndir ki, Mərkəzi Bank uçot dərəcəsini hər dəfə artırır. AMB bununla ölkədə inflyasiyanın qarşısını almağa çalışır.
 
Hazırda Azərbaycanda kredit təşkilatları, o cümlədən banklar kreditləri olduqca yüksək faizlə verir. Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 15%-də saxlayıb. Kreditlər üzrə illik dərəcələr hələ də 27-35 faiz civarındadır.
 
Mərkəzi Bankın illər üzrə uçot dərəcələrinə nəzər salanda görərik ki, ən aşağı faiz dərəcəsi 2% və 3% də olub. Maraqlıdır ki, həmin vaxtlarda da banklar kreditləri ən azı 25%-lə verirdi. /

Google+ WhatsApp ok.ru