C.Bayramov: İranı özümüzə  yaxşı qonşu və dost ölkə bilirik

C.Bayramov: İranı özümüzə yaxşı qonşu və dost ölkə bilirik

Iranı özümüzə  yaxşı qonşu və dost ölkə bilirik
 
Maide.Az xəbər verir ki,  bunu İran prezidenti Həsən Ruhani ilə görüşdə  Azərbaycan XİN başçısı Ceyhun Bayramov deyib. 
 
Azərbaycan xarici işlər naziri  C.Bayramov  İranın  Azərbaycan ərazi bütövlüyünü dəstəklədiyinə görə, bu ökəyə təşəkkür edib. "İranı özümüzə  yaxşı qonşu və dost ölkə bilirik.  Azərabycan prezidenti və  rəsmiləri İranla hərtərəfli əməkdaşlığı inkişaf etdirmək iradəsindədir." 
 
Azərbaycanın işğal olunmuş ərazisinin azad olması və İranla  132 kilometr  müştərək sərhəddin yenindən bərpasından danışan C.Bayramov  bildirib ki.  Azərbaycan və İran sərhəddi  dostluq və inkişaf sərhəddidir.İnanırıq  ki,  bu sərhədlərin yenidən bərpası  iki ölkə üçün  yeni əməkdaşlıq  layihələri üçün zəmin yaradacaq. 
 
Azərbaycan və İran arasında əlaqələrin inkişafı və dərinləşməsinin zəruriliyini vurğulayan C.Bayramov  müxtəlif siyasi və iqtisadi  sahələrdə əməkdaşlığın davam etdirilməsi o cümlədən Rəşt-Astara dəmir yolu layihəsinin icrasının iki ölkə arasında iqtisadi və ticari əlaqələri daha da  genişləndirəcəyini vurğulayıb. 
 
  "Ümid edirik  yeni beynəlxalq şərait və ABŞ sanksiyalarından yaranmış  maneələrin  aradan qaldırılması  ilə  iki ölkə arasında müştərək layihələrin icrası daha da sürətlənəcək."
 
Azərbaycan XİN başçısı  görüşdə  İranlı nüvə alimi şəhid Möhsin Fəxrizadənin  terror edilməsini pisləyib və  qeyd edib ki,  elm adamı və alimin terror edilməsi heç bir halda qəbuledilməzdir və bu addımı pisləyirik. 
 
Görüşdə İran İslam Respublikasının Qarabağ münaqişəsində  aşkar və konkret mövqe sərgilədyini bildirən H.Ruhani bildirib ki, İran Azərbaycanın  ərazi bütövüyünü dəstəklədi , Azərbaycan və Ermənistan arasında müharibənin başa çatması, Azərbaycanın işğal olunmuş ərazilərinin  azad olması və  atəşkəsin təmin edilməsi bizi sevindirdi. 
 
 H.Ruhani  İranın iki ölkə arasında atəşkəsin möhkəmləndirilməsi və regionda sabitliyin təminində yer almasında hazır olduğunu bildirib. 
 
H.Ruhani Azərbaycan və İran sərhədlərindən iki ölkə arasında iqtisadi və ticari əlaqələrin inkişafı üçün istifadə etməyin zəruriliyini vurğulayıb.  "Amerikada Tramp dövrünün başa çatması və yeni hökumətin işə başlaması ilə  hiss edirik  digər ölkələrlə əməkdaşlıq üçün  daha yaxşı şərait yaradılacaq." 
 
H.Ruhani qeyd edib ki, qonşuluq və İranda bərpa sahəsində imkanların mövcudluğunu nəzərə alaraq İranın quruculuq işlərində iştirakı iki ölkənin xeyrinə olacaq:
 
“İran və Azərbaycan arasında öncəki anlaşmalar, o cümlədən Rəşt-Astara dəmiryolu xəttinin inşa edilməsi prosesinin sürətləndirilməsi zəruridir. Müştərək layihələrin icraıs üçün o cümlədən Xudafərin bəndi və elektrik stansiyasının tikintisi üçün  uyğun şərait mövcuddur.  İki ölkə sənaye, elm, əczaçılıq və digər sahələrdə əməkdaşlıqları daha da inkişaf etdirə bilər”.
 

Google+ WhatsApp ok.ru