Cəlilabadın “analoqsuz inkişaf”a doğru olan yolları-Foto

Adı Cəlilabad olan bu rayon bataqlığa çevrilib

Cenubnews.com İnternet Qəzeti xəbər verir ki, sosial şəbəkələrdə Müstəqil Azərbaycanın gözəlləşən Cəlilabad rayonunda olan yolların bərbad olması barədə şəkillər yerləşdirilib.Görüntülərdən aydın olur ki, su və kanalzasiya işləri görüləndən sonra rayonun bütün küçələri bərbad vəziyyətə düşüb.Yüz altmış min əhalisi olan bu rayonda yolların bərbad olması sakinlərin səbir kasasını daşırıb.Narazı sakinlər hər dəfə yolların təmiri üçün yuxarı qurumlara şikayət etsələrdə yollar eləcə yerində qalır.

Sakinlər bildirirlər ki,Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və rayon bələdiyyəsi sağ olsunlar. Bizi heç vaxt unutmurlar. Çox razıyıq. Palçıq içində üzməkdən gözəl nə ola bilər? Prezidentin bu rayonu abadlaşdırılması üçün ayırdığı vəsait oğurlanıb. Adı Cəlilabad olan bu rayon bataqlığa çevrilib.Rayon əhalisi qaloşla “analoqsuz inkişaf”a doğru gedir.Rayonun girişindən axıra qədər yollar palçıqdır. Yalnız işıq, qaz pulunu yığmaq vaxtı gələndə, kimsə bir daşı daş üstünə qoyanda icra numayəndələri, bələdiyyə nümayəndələri gəlib tapılırlar. Camaata hər dəfə vəd olunur ki, "Narahat olmayın təmir işləri bitdikdən sonra hökumətimiz sizin üçün dünyada analoqu olmayan yollar salacaq.". Amma indiyə qədər bir qarış ərazi də palçıqdan xilas ola bilməyib. Məktəblilər, körpələr məktəbə və bağçaya gedə bilmirlər. Cəlilabada girən maşınlar palçıqdan çox çətinliklə çıxa bilir. Hətta çoxu batıb qalır. Bu vəziyyət rayonun kəndlərində daha acınacaqlıdır.

Artıq palçıqlı yolların əziyyətinə dözən rayon əhalisi yenədə səbir edirlər və səbir etməyə məcburdular.Çünki, haqqını tələb edənin, sözünü deyənin cibindən, evindən elə şeylər çıxardırlar ki, oda olur dünyada analoqu olmayan.

Qeyd edək ki, analoji durum Masallı rayonunda da mövcuddur.Rayonun bəzi küçələri asfalt örtüyü ilə təmir edilsədə asfaltın üstündə olan su yığıntısı vəziyyətin heçdə ürək açan olmadığını sübuta yetirir.Cəlilabad rayonunda olduğu kimi Masallıda da hökumətin ayırdığı pul oğurlanır. /


Google+ WhatsApp ok.ru