Cəlilabadda qartal tutdular

Cəlilabad rayonunda qartal tutulub. 
 
Lent.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Uzuntəpə kəndində qeydə alınıb. Belə ki, kəndin üzərindən səmada uçan bir neçə qartal bir-biri ilə dalaşan zaman onlardan birinin qanadı qırılıb və o dəstədən ayrılaraq kənd sakini Vahid Ağayevin həyətinə düşüb. 
 
Ev sahibi qartalı tutmaq istəyərkən, yaralı vəhşi quş ona hücum edərək əlinə xəsarət yetirib. Qonşuların birgə köməyi ilə qartalı tutaraq  bağlayıblar.
 
Kənd sakinləri indiyədək bu cür qartalın yaxından uçduğunu görmədiklərini  və onun hansı növə məxsus olması barədə məlumatsız olduqlarını bildiriblər. Onların sözlərinə görə, vəhşi quş əlaqədar təşkilatlara təhvil veriləcək.

Google+ WhatsApp ok.ru