Cənubi Koreyada Amerika əleyhinə etiraz aksiyası keçirilib

Cənubi Koreyada  ABŞ-ın bu yarımadadakı müasir raket bazasının yerləşdirilməsinə qarşı etiraz aksiyası keçirib.
Maide.az xəbər verir ki,   bu gün Cənubi Koreya parlamenti qarşısında keçirilən aksiyada iştirakçılar Amerikanın "THAAD" müasir raket kompleksi  bu ölkədə yerləşdirilməsi prosesinin dayandırılmasını tələb edib.
ABŞ ordusu 2015-ci ilin  mart ayında Şimali Koreyanın hədələri ilə mübarizə bəhanəsi ilə Cənubi Koreyada raket bazası yerləşdirilməsinin vacibliyini bildirib. 
 "THAAD" raket kompleksi  uzaq radiuslu ballistik raketləri izləmək qabiliyyətinə malikdir. Raket sistemi istənilən hədəfi 2 min kilometrlik məsafədən izləyə və məhv edə bilir. Kompleks Şimali Koreya ilə yanaşı Çin və Rusiya ərazilərinin bir hissəsini də hədəfə ala bilir.  Kompleksin Cənubi Koreyada yerləşdirilməsi layihəsi Çin və Rusiyanının da etirazına səbəb olub./
 

 

Google+ WhatsApp ok.ru