Cəlilabad İcra Hakimiyyəti qarşısında biabırçı olay

Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavinlərindən biri vəzifəsindən kənarlaşdırılıb.
 
"Report"un məlumatına görə, RİH başçısının birinci müavini Asif Əzizov işdən çıxarılıb. RİH başçısının birinci müavini postuna hələ ki, təyinat olmayıb.
 
Maide.az "Moderator"a istinadən xəbər verir ki, başçı ilə müavin arasında İcra Hakimiyyəti binası qarşısında rüsvayçı olay yaşanıb və onlar hamının gözü qarşısında bir - birini təhqir ediblər, hətta aralarında yaranan münaqişənin əlbəyaxa davaya səbəb olmaması üçün orada olan icra hakimiyyəti işçilərindən araya girərək hər ikisini sakitləşdiriblər. Amma məlumatı dəqiqləşdirə bilmədiyimizdən yazmadıq. İndi isə bəlli olub ki, xəbər həqiqət imiş. 
 
İşin bir maraqlı tərəfi də olayın prezident İlham Əliyevin rayona səfərindən cəmisi bir neçə gün sonraya təsadüf etməsidir. Ola bilər ki, prezidentin xoşuna gəlməyən hansısa məqam olub və bu işdə icra başçısı Əziz Əzizov müavini günahlandırıb, o isə günahsız olduğundan ittihama aqressiv reaksiya verməyə məcbur olub...
 
Görünür, müavinin bu cür ötkəm davranışı və nümayişkaranə şəkildə başçıya qarşı çıxması onun işdən kənarlaşdırılmasından başqa yol qoymayıb...

Google+ WhatsApp ok.ru