Cəlilabadlı ruhani Hüseynağa Həsənov vəfat etdi

Cəlilabadlı ruhani kərbəlayi Hüseynağa Həsənov uzun sürən ağır xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib.
 
Maide.az xəbər verir ki, bu barədə "Azadxəbər"ə ruhaninin yaxınları məlumat verib.
 
1946-cı ildə Cəlilabad rayonunda dünyaya gələn bu dəyərli alim cavan yaşlarından islam elmin öyrənib və təlim-tədrislə məşğul olub. Hal hazırda Qum və Nəcəf şəhərlərində ölkələrində təhsilin davam etdirən tələbələri var. Hər zaman təqiblərə məruz qalan bu mücahid insan Sovet dövüründə də və ondan sonrakı dövürlərdə də ölkədə baş verən haqsızlıqlara etiraz etməkdən çəkinməyib.
 
Allah rəhmət eləsin!

Google+ WhatsApp ok.ru