Cəlilabad və Astarada etirazlar başladı

Yanvarın 18-də bir qrup Cəlilabad sakini qiymət artımına etiraz olaraq rayonun sosial müdafiə mərkəzi və icra hakimiyyəti aparatının qarşısına toplaşıblar.
 
Bu barədə Azadlıq Radiosuna məlumat verən rayon sakini Əlipənah Rzalının dediyinə görə, etirazçıların əsas şikayəti qiymət artımı, işsizlik, ünvanlı sosial yardımın düzgün verilməməsi və bank borcları ilə bağlıdır: «Danışıq gedir. Əhalinin dağılışmasını tələb edirlər».
 
Astara rayonun Şahağacı kəndində isə sakinlər ikinci Astara-Bakı yolunu tutmağa cəhət ediblər. Bu barədə məlumat verən Astara rayon sakini Elçin İbrahimlinin deməsinə görə, kənd sakinləri əsasən bank borclarına görə etiraz edirlər. Hadisə yerinə polis gəlib.

Google+ WhatsApp ok.ru