Cənubi Koreyada halal turizm inkişaf etdirilir

Cənubi Koreyada halal turizm inkişaf etdirilir

İlk dəfə olaraq 2016-cı ildə Cənubi Koreyaya səfər edən müsəlman turistlərin sayı 1 milyon nəfərə yaxınlaşır.
 
Maide.Az xəbər verir ki, Cənubi Koreyanın Turizm Təşkilatı elan edib ki, 2016-cı ildə ölkəyə səfər edən müsəlman turistlərin sayı 980 min nəfər olub. Bu rəqəm ötən illə müqayisədə 30 faiz artımın olduğunu göstərir.  
 
Təşkilat 2017-ci ildə Cənubi Koreyaya səfər edəcək müsəlman turistlərin sayının 1.1 milyon nəfərə çatacağını proqnozlaşdırdığını deyib. 
 
Cənubi Koreyaya səfər edən müsəlman turistlərin 75 faizi Malaziya, İndoneziya və digər Yaxın Şərq ölkələrindəndir.  
 
Cənubi Koreyada müsəlmanlara xidmət göstərəcək infrastruktur azdır. Bu ölkədə 10 halal restoran, 20 namazxana və məscid var. Cənubi Koreya ölkəsi hazırda halal turizmin inkişafı üçün işlər görür. Bu ölkə çinli turistlərin Cənubi Koreyaya səfərinin azalmasını müsəlman turistlərin sayını atırmaqla kompensasiya edəcəyinə ümidvardır. 

Google+ WhatsApp ok.ru