Cərimələrin artırılmasının səbəbləri

Cərimələrin artırılmasının səbəbləri

"Exo" qəzetində "Azərbaycanda cərimələri kəskin artırmaq qərarı niyə verilib?" sualına ekspertlərlə cavab axtarılır.
 
Yazıda bildirilir ki, Azərbaycanda Cinayət Məcəlləsinin bəzi maddələri üzrə cərimələrin artırılması məsələsi yenidən qaldırılıb. Artıq bütün layihələr Milli Məclisin plenar iclasına tövsiyə edilib. Ekspert Əkrəm Həsənov mövzu ilə bağlı qəzetə bunları deyib: "Bizim qanunvericilər bəzi maddələr üzrə cərimələrin artırılmasına iki səbəbə görə tərəfdardırlar. Birincisi, məmurlar dövlət büdcəsini doldurmaqdan ötrü mənbələr axtarırlar, iqtisadi böhran və qeyri-sabitlik bu addımı atmağa vadar edir. İkincisi, bu müəyyən qanun pozuntularına görə sanksiyaları gücləndirmək istəyindən irəli gəlir. Əgər indiki sanksiyalar zəif olsaydı, pozuntuların qarşısını ala bilməsəydi və bu pozuntuların sayı artsaydı, buna yaxşı demək olardı".
 
Ekspertə görə, hüquq pozuntularının statistikası cəmiyyətə təqdim olunmalı və cərimələrin qaldırılması səbəbləri izah edilməlidir.
 
Ə.Həsənov deyib ki, bir çox hüquq pozuntuları var ki, tez-tez baş verir. Ancaq ona görə heç kəs cəzalandırılmır. Ekspert sözlərinə nümunə kimi ticarətdə xarici valyutadan istifadə olunması və bank məlumatlarının açılmasını göstərir: "Azərbaycanda bəzi qanunlar faktiki işləmir. Bəzən isə maliyyə sanksiyalarının gücləndirilməsi korrupsiyaya səbəb olur".
 
Müəllif xatırladır ki, seçki prosesinə qanunsuz müdaxilə ilə bağlı cərimələr 7-20 dəfə, təhqirə, böhtana görə 3 dəfə, bəzi əməllərə görə də 2 dəfə artırılır. Nəqliyyat və dəmiryol vasitələrini yararsız hala salmağa görə isə cərimələri 6 dəfə artırmaq istəyirlər. / 

Google+ WhatsApp ok.ru