Cəmiyyəti məhv edən amillər

Cəmiyyəti məhv edən amillər

İslam Peyğəmbəri (s) buyurmuşdur:

أَرْبَعٌ لا يَدْخُلُ بَيْتَاً واحِدَةٌ مِنْها اِلاّ خَرِبَ وَلَمْ يَعْمُرْ بِالْبَرَكَةِ: الْخِيَانَةُ وَالسَّرِقَةُ وَشُرْبُ الْخَمْرِ وَالزِّنا

 “Dörd şeydən birixəyanət, oğurluq, şərab içmək və zina evə daxil olarsa, onu dağıdar və (bir daha) o ev bərəkətlə abadlaşmaz.”

(“Nəhcül-fəsahət”, səh.49, hədis 256.)

Qısa izah

Yalnız ailələr deyil, həm də cəmiyyətin bütün təbəqələri də bu qanundan kənar deyillər. Əgər xəyanət cəmiyyətə nüfuz edərsə, insanlarda bir-birinə qarşı inamsızlıq yaranar. Cəmiyyətdə oğurluq müxtəlif şəkillərdə genişlənərsə, insanların əmniyyət və asayişi təhlükəyə düşər. O cümlədən, əgər alkoqollu içkilər insanlar arasında yayılarsa, cəmiyyət səriştəsiz insanlar, əlil övladlar və faydasız gənclərlə dolacaqdır. Əgər insanlar cəmiyyətdə əxlaqsızlıq və iffətsizliyə yol verərsə, bu halda bütün ailələrin bünövrəsi şübhəli olacaq və bu məsələ gələcək nəsilləri fəsada sürükləyəcəkdir.

Hazırladı: Maide.az – Maarif bölməsi

 

 

Google+ WhatsApp ok.ru