Cənubi Afrikanın tarixi Cümə məscidində yanğın  baş verib

Cənubi Afrikanın tarixi Cümə məscidində yanğın baş verib

Cənubi Afrikanın Durban şəhərindəki tarixi Cümə məscidində yanğın baş verib. 
 
Maide.Az "ABNA"a istinadən xəbər verir ki, Durban Yanğın Mübarizə İdarəsinin sözçüsü Robert Mackenzie bildirib ki, yanğın  məscidin yanındakı üç binaya da ziyan vurub. 
Onun sözlərinə görə, yanğınsöndürənlər 2 saatdan çox bir vaxtda yanğını söndürə bilməyib.
 
"Yanğın zamanı məsciddə olan şəxslər təxliyə edilib, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb"
 
Ehtimal olunur ki, tarixi məsciddə yanğın elektrik enerjisində qısa qapanmadan baş verib. 
 
Qeyd edək ki, Durban Cümə məscidi 130 il bundan öncə tikilib.  Afrikanın ən böyük məscidlərindən biridir.  Məsciddə eyni zamanda 7 min nəfərin ibadət etmə imkanı olub. 
 

Google+ WhatsApp ok.ru